böyük səs-sədaya səbəb olmaq (qalmaqal salmaq)

to make a stir / to kick up an uproar наделать много шума
böyük sarsıntıya səbəb oldu (məni çox sarsıtdı)
böyük sinə
OBASTAN VİKİ
Qalmaqal
Qalmaqal (I mövsüm) — Qalmaqal teleserialının birini mövsümü. Qalmaqal (II mövsüm) — Qalmaqal teleserialının ikinci mövsümü. Qalmaqal (III mövsüm) — Qalmaqal teleserialının üçüncü mövsümü.
Səbəb
Səbəb
Aşiq olmaq
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Səs
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Qalmaqal (III mövsüm)
Qalmaqal teleserialının üçüncümövsümünün premyerası 3 oktyabr 2013-cü ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 17 aprel 2014-cü ildə efirə verilmişdir. Mövsüm on səkkiz seriyadan ibarətdir. Üçüncü mövsümdə də, Şonda Rayms serialın şouranneri olmağa davam etmişdir; mövsümün istehsalı ilə ABC Studios və ShondaLand Production Company birlikdə məşğul olmuşlar. Əvvəlki mövsümlər kimi də, üçüncü mövsümdə də seriyalar cümə axşamları 22.00-da efirə verilmişdir. Üçüncü mövsümdə də Oliviya Pouo və onun partyorları, həmçinin Ağ ev sakinlərinin süjet xəttləri inkişaf etdirilir. Üçüncü mövsümün əsas aktyor heyətinə on aktyor daxildir; bu rolların ifaçıları hamısı əvvəlki mövsümlərdə də çəkilmişdilər, yeddi aktyor isə ilk mövsümdən serialın aktyor heyətində qalmağa davam edir. Əsas rolun ifaçısı olan aktrisa Kerri Vaşinqton üçüncü mövsümdə aktyor işinə görə, Dram serialında ən yaxşı qadın rolu nominasiyasında NAACP Image Award mükafatına layiq görülmüş, Ekran Aktyorları Gildiyasının mükafatı, Qızıl qlobus mükafatı, Emmi mükafatına namizəd göstərilmişdir. 9 may 2014-cü ildə ABC telekanalı serialın dördüncü mövsümünün çəkiləcəyini açıqlamışdır. Üçüncü mövsümün əsas mövzuları Fitsin ikinci müddət üçün prezidentliyə seçilməsi, Atası İlay Poupun Oliviyanın həyatına qayıtmaq istəyi, anası Maya Lyuisin isə 20 il ərzində ölmüş hesab edilməsinə baxmayaraq sağ olması və terrorist kimi tanınmasıdır. Mətbuatın Oliviya və Fitsin münasibətlərindən xəbər tutmasından sonra bütün müştərilər Oliviyanın komandasından üz döndərirlər, şirkət ciddi maddi çətinlik qarşısında qalır və bu vəziyyətdən çıxış üçün komanda şübhəli nüfuza malik olan şəxslərlə işləməyə məcbur olur.
Qalmaqal (II mövsüm)
Qalmaqal teleserialının ikinci mövsümünün premyerası 27 sentyabr 2012-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, mövsümün final seriyası isə 16 may 2013-cü ildə efirə verilmişdir. Mövsüm iyirmi iki seriyadan ibarətdir. Şonda Rayms ikinci mövsümdə də serialın şouranneri olmuşdur; ABC Studios mövsümün istehsalını ShondaLand Production Company ilə birgə həyata keçirmişdir. İkinci mövsümün seriyaları ABŞ və Kanadada eyni vaxtda efirə verilmişdir. İkinci mövsümdə Ağ ev sakinləri və Oliviya Poupun şirkət işçilərinin süjet xəttləri inkişaf etdirilir. Serialın on nəfərdən ibarət aktyor heyətində ikinci mövsümdə dəyişiklik baş verir. Henri Yan Küsik şounu tərk edir, birinci mövsümdə ikinci plan rolları fa etmiş Coşua Malina və Bellami Yanq isə əsas aktyor heyətinə qatılmışdır. 10 may 2013-cü ildə telekanal serialın üçüncü mövsümünün çəkiləcəyini elan etmişdir. "Qalmaqal" serialının ikinci mövsümü iki əsas süjet xəttinə malikdir. Birinci süjet xətti sonuncu prezident seçkilərində yol verilən saxtalaşdırma ilə bağlıdır.
Qalmaqal (IV mövsüm)
Qalmaqal teleserialının dördüncü mövsümünün premyerası 25 sentyabr 2014-cü ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 14 may 2015-ci ildə efirə verilmişdir. Mövsüm iyirmi iki seriyadan ibarətdir. Dördüncü mövsümdə Şonda Rayms mövsümün şouranneri olmağa davam etmişdir; mövsümün istehsalı ilə ABC Studios, ShondaLand Production Company və The Mark Gordon Company birlikdə məşğul olmuşdur. 7 may 2015-ci ildə ABC serialın beşinci mövsümünün çəkiləcəyini elan etmişdir. Bu mövsümdə əsas rolları canlandırmış doqquz aktyorun hamısı əvvəlki mövsümlərdə də rol almış, onlardan altısı isə birinci mövsümdən serialın səkkiz əsas aktyoru sırasına daxil olmuşdur. Serial cümə axşamları 9:00 pm-də efirə verilmişdir ki, bu da əvvəlki mövsümlərin efirə verildiyi saatdan bir saat sonradır. Yeni efir vaxtı ShondaLand Production Company tərəfindən istehsal olunan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” adlı yeni teleserial üçün efir vaxtı yaradılması təyin edilmişdir. Mövsümün istehsalına iyul ayında başlanılmış, Rayms yazdığı tvitdə ssenaristlərin birlikdə çalışaraq ideyaları birləşdirməyə çalışdığını və mövsümün xəritəsini hazırladığını bildirmişdir. Dördüncü mövsümün çəkilişlərinə 28 iyul 2014-cü ildə start verilmiş və çəkilişlər 28 aprel 2015-ci ildə tamamlanmışdır. Dördüncü mövsüm tənqidçilər tərəfindən ümumi alqışla qarşılanmış və bir çoxları “çirkli” adlandırılmış üçüncü mövsümdən sonra serialın irəli aparılmasını dəyərləndirmişlər.
Qalmaqal (I mövsüm)
Qalmaqal teleserialının birini mövsümünün premyerası 5 aprel 2012-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuşdur; mövsümün final seriyası isə 17 may 2012-ci ildə efirə gedib. Ümumilikdə birinci mövsüm yeddi seriyadan ibarətdir. 11 may 2012-ci ildə ABC telekanalı serialın ikinci mövsümünün çıxacağını elan etmişdir. "Qalmaqal" teleserialının birinci mövsümündə izləyicilər Oliviya Poup (Kerri Vaşinqton) və onun tərəfdaşlarının böhran menecmenti firması, ABŞ Prezidenti Fitcerald Qrant (Toni Qolduin) və Ağ ev aparatının başçısı Sayrus Binlə (Ceff Perri) tanış olur. Mövsum Oliviyanın firmasının işçilərinin həyatına; Oliviyanın prezidentlə əlaqələrinə; keçmiş Ağ ev işçisi Amanda Tannerlə (Layza Vayl) bağlı sirrlərə; firmanın apardığı müxtəlif işlərə həsr olunmuşdur. Serialın birinci mövsümü tənqidçilər tərəfindən müsbət qarşılanmış, baş rolların afroamerikan aktyorlara verilməsi qeyd edilmişdir. İlk seriyalar xüsusilə tənqidçilərdən müsbət rəylər almışdır. Rəy aqqreqatoru Rotten Tomatoes 28 tənqidçinin rəyi əsasında mövsümü 89% təravətli 6.59/10 balla qiymətləndirmişdir. Saytın konsesusunda deyilir ki, "Qalmaqal, sevgi və işin ön planda olduğu sabun şou olsa da, darıxdırıcı deyil." Metacritic 29 tənqidçinin rəyi əsasında mövsümə 64/100 bal vermişdir.
Qalmaqal (V mövsüm)
Qalmaqal teleserialının beşinci mövsümünün premyerası 24 sentyabr 2015-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 12 may 2016-cı ildə efirə verilmişdir. Beşinci mövsümdə də serialın şourenneri Şonda Rayms olmuş, mövsüm ABC Studios və ShondaLand Production tərəfindən istehsal edilmişdir. Beşinci mövsümdə Oliviya Poup və onun böhran menecmenti firmasının hekayəsi davam etdirilir, Ağ ev administrasiyasında çalışanlar və ABŞ prezidentinin fəaliyyəti ilə bağlı məlumat verilir. Beşinci mövsüm on bir daimi aktyora malikdir ki, onların da hamısı əvvəlki mövsümlərdə iştirak etmiş, səkkizi isə birinci mövsümdən əsas rolda olmuşdur. Beşinci mövsümdə ikinci plan aktyorlar sırasına üç yeni sima daxil edilmişdir. Beşinci mövsüm də ShondaLand Production Companynin başqa bir layihəsi olan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” serialına yer açmaq üçün Cümə axşamı 9:00 pm-də yayımlanmışdır. 3 mart 2016-cı ildə ABC Qalmaqal serialının altıncı mövsümünün çəkiləcəyini elan etmişdir. "Qalmaqal" teleserialının beşinci mövsümündə izləyicilər Oliviya Poup (Kerri Vaşinqton) və onun tərəfdaşlarının böhran menecmenti firması, ABŞ Prezidenti Fitcerald Qrant (Toni Qolduin) və Ağ ev aparatının başçısı Sayrus Binin (Ceff Perri) birgə və bir-birinə qarşı fəaliyyətini izləyir. Mövsum növbəti ABŞ Prezidentinin seçilməsi üçün namizədlərin irəli sürülməsi və seçkiqabağı kompaniyalara həsr olunmuşdur. ABC telekanalı Qalmaqal serialının beşinci mövsümünün çəkiləcəyini 7 may 2015-ci ildə elan etmişdir.
Qalmaqal (teleserial, 2012)
Qalmaqal (ing. Scandal) — əsas rolunu Kerri Vaşinqtonun canlandırdığı ABŞ siyasi triller teleserialı.
Con Malkoviç olmaq
Con Malkoviç olmaq (ing. Being John Malkovich) — 1999-cu ildə istehsal olunmuş sürrealist ABŞ filmi. Spayk Consun rejissorluq etdiyi bu filmin senari müəllifi Çarli Kaufmandır. Yenicə işə düzəlmiş olan kuklaçı bir adam ofisdə məşhur Hollivud aktyoru Con Malkoviçin ağlına girməyə imkan verən sirli portalla rastlaşır. John Cusack — Craig Schwartz Kameron Diaz — Lotte Schwartz Catherine Keener — Maxine Lund John Malkovich — özü və John Horatio Malkovich Orson Bean — Dr. Lester Mary Kay Place — Floris Çarli Şin — özü W. Earl Brown — First J.M. Inc. Customer Carlos Jacott — Larry the Agent Byrne Piven — Captain James Mertin Octavia L. Spencer — Woman in Elevator Con Malkoviç olmaq — Internet Movie Database saytında.
13 səbəb, niyə
"13 səbəb" və ya orijinal adı ilə "Niyəsi üçün 13 səbəb" (ing. 13 Reasons Why) — Cey Aşerin 2007-ci ildə nəşr edilmiş "13 səbəb" romanının Netflix üçün Brayan Yorki tərəfindən uyğunlaşdırılmış ssenarisi əsasında çəkilmiş ABŞ mistik-drama teleserialıdır. Serialda hadisələr tələbə Kley Censen və onun intihar etmiş rəfiqəsi Hanna Beykerin ətrafında baş verir. Beyker intihardan əvvəl başına gəlmiş hadisələri audio kassetlərə yazaraq dostlarına miras qoyur, ölümündə kimlərin günahkar olmasını göstərir. Serialın şourannerləri Dayana Son və Brayan Yorkidir. Birinci mövsüm on üç seriyadan ibarət olmuşdur. Serialın prodüserliyini July Moon Productions, Kicked to the Curb Productions, Anonymous Content və Paramount Television etmişdir. Əslində baş rolunu Selena Qomezin oynadığı bədii film kimi Universal Pictures tərəfinfən ekranlaşdırılması nəzərdə tutulmuş layihə, sonradan Netflix tərəfindən teleserial formatına uyğunlaşdırılmışdır. Qomez icraçı prodüser vəzifəsini yerinə yetirmişdir. Serialın on üç seriyası və "13 səbəb: Səbəblərin arxasında" adlı xüsusi əlavə Netflix tərəfindən 31 mart 2017-ci ildə yayımlanmışdır.
Səbəb budaq cümləsi
Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir və niyə? nə üçün? nəyə görə? nə səbəbə? suallarından birinə cavab olur. Səbəb budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl işlənir. Bu zaman əlaqə vasitəsi ki, çünki, ona görə ki, ondan ötrü ki və s. kimi bağlayıcılar olur. Məs: Günəşin çıxmağından qorxurdu, çünki günəş ağappağ dumanı dağıda bilərdi. İndi hamının kefi saz idi, ona görə ki hamısının yuxusu qaçmış, zehni açılmışdı.
Səs (1993)
Səs (dəqiqləşdirmə)
Səs
Səs (qəzet)
"Səs" qəzeti — 1991-ci il yanvarın 11-dən Azərbaycanda nəşr olunan qəzet. Hal-hazırda Səs Media Qrupa daxildir. "Səs" qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub.
Səs Azərbaycan
Səs Azərbaycan — Dünyanın 50-dən çox ölkəsində yayımlanan The Voice televerilişinin lisenziyalı Azərbaycan versiyası. Azərbaycan Televiziyası ilə yayımlanıb. Şounun aparıcısı Tural Əsədovdur. Şounun ilk mövsümünün yayımına 2015-ci ildə başlanılmışdır. Səs Azərbaycan şousunun münsiflər heyəti 22 sentyabr 2015-ci ildə bəlli oldu. Münsiflər heyətinə Azərbaycanın xalq artistləri Faiq Ağayev və Mübariz Tağıyev ilə yanaşı əməkdar artistlər Manana Caparidze və Tünzalə Ağayeva da daxildir. Səs Azərbaycanın ilk mövsümünün qalibi Mübariz Tağıyevin komandasından olan Emiliya Yaqubova oldu. İkinci yer Faiq Ağayevin komandasından Hüseyn Abdullayev, üçüncü yer Tünzalə Ağayevanın komandasından Samirə Əfəndiyeva və dördüncü yer isə Manananın komandasından Səmra Rəhimli oldu. Qaydalar Şounun münsiflər heyəti "Görmədən dinləmələr" turu zamanı öz komandalarını formalaşdıracaq. Bu turun mahiyyəti ondan ibarətdir ki, münsiflər ifaçıların səsini eşitsələr də, onları görə bilməyəcəklər.
Səs altı
Subsonik və ya Səs altı, Aerodinamikada səs sürətindən aşağı sürətləri ifadə etmək üçün istifadə olunan termindir (təxminən Mach 0 - 0.8). Həm də yavaş uçan təyyarələrə subsonik təyyarələr deyilir. Republic F-84 Thunderjet buna nümunədir.
Səs bağı
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Səs dalğaları
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Səs gücləndiricisi
Amplifikator (Fransızca: amplificateur, qısaca ampli), musiqi sistemlərində yüksəldici olaraq istifadə edilir. Cihazlardan (CD player, ikmi) çıxan səs siqnallarını gücləndirərək dəs ucaldıcıya göndərmə vəzifəsini yerinə yetirir. Müxtəlif struktura və bu strukturaya uyğun xüsusiyyətlərə əsaslanan sinifləndirmə mövcuddurr, amma əsl sinifləndirmə tranzistorlu quruluşda olanlar və vakum borulu, yəni əvvəlcədən Azərbaycan dilində istifadə edildiyi formada, lampalı formada olanlar arasındadır. 2 və 4 kanallı olaraq mövcuddur. Bunlarla birlikdə son illərdə genişlənən hibrid strukturlu forma da vardır. Yəni bunlara əlavə olaraq inteqral formada, giriş/güc ayrı kasadalar halında istehsal olunan ve monoblok formasında əsas formadan əlavə sinifləndirmə mevcuddur. Çıxış kaskadı formasına görə amplifikator sinifləndirmələri bu formadadır Sinif A: Çıxış kaskadında daim cərəyan olur. Bu səbəblə çox elektrik enerjisi istifadə edir. Bunun qarşılığında ən saf, təmiz səsə sahib olduğu qəbul edilmişdir. Səsdəki maneələr nəzəri olaraq ən aşağı səviyyədədir Sinif B: Çıxış kaskadları işi sıra ilə yerinə yetirir.
Səs kimyası
Səs kimyası və ya sonokimya — möhkəm akustik dalğaları öyrənir. Маргулис М.А. Основы звукохимии. Химические реакции в акустических полях. — М.: Высшая школе, 1984. — 272 с. — 300 экз. – The Chemical and Physical Effects of Ultrasound by Prof.
Səs mühəndisi
Bir səs mühəndisi (səs mühəndisi və ya səsyazma mühəndisi və səs rejissoru olaraq da bilinir) , səs yazma və ya canlı bir performans istehsal etməyə, balans, dinamika və səs effektləri, miksləmək, səs mənbələrini balanslaşdırmağa və tənzimləməyə kömək edir. Səs mühəndisləri — mikrofonların yerləşdirilməsi, səviyyələrin tənzimlənməsi üzərində işləyirlər. Hər hansı bir layihənin fiziki qeydləri bir mühəndis tərəfindən aparılır. Səs mühəndisliyi getdikcə musiqi alətləri və texnologiyasının film, radio, televiziya, musiqi və video oyunları üçün səs çıxarmaq üçün istifadə edildiyi bir yaradıcı peşə olaraq görülür. Səs mühəndisləri ayrıca musiqi konsertləri, teatr, idman oyunları və korporativ tədbirlər üçün bir miks konsol və səs gücləndirici sistemdən istifadə edərək səs yoxlamasını həyata keçirir və canlı səsləri miksləyir.
Səs qəzeti
"Səs" qəzeti — 1991-ci il yanvarın 11-dən Azərbaycanda nəşr olunan qəzet. Hal-hazırda Səs Media Qrupa daxildir. "Səs" qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub.
Səs sürəti
Səs sürəti — havada, dəniz səviyyəsində və 21 °C temperaturda 343,2 m/s və ya 1235,5 km/saata bərabərdir. Səs sürəti tezliklə əlaqədar olaraq dəyişmir, hər tezlikdə səs eyni sürətdə hərəkət edir. Havanın temperaturuna, sıxlığına görə səsin yayılma sürəti dəyişir. Soyuq havada səs sürəti dəyişir. Soyuq havada səs sürəti aşağı düşür. Səs isti havadan soyuq havaya keçərkən yayılma istiqamətini dəyişdirir. Səsin havadakı sürəti təxmini olaraq aşağıdakı düstur ilə hesablanır: c h a v a = ( 331 . 5 + ( 0 . 6 ⋅ ϑ ) ) m s − 1 {\displaystyle c_{\mathrm {hava} }=(331{.}5+(0{.}6\cdot \vartheta ))\ \mathrm {ms^{-1}} \,} Düsturdakı ϑ {\displaystyle \vartheta \,} (teta) istiliyin Selsi (°C) şkalası ilə ifadəsidir. Hər hansı bir sahədə külək arxadan əsərsə səs yerə doğru istiqamətlənir.